Nizami rayonu, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Bu haqda bu gün, 5 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“VAZ-2107” markalı maşına çarpılan “Ford” markalı minik avtomobilinin sürücüsü sükana nəzarəti itirib və beton yol ayırıcısını aşaraq “Mitsubishi” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Nəticədə Fazil Abbasov, 36 yaşlı Emil Vəliyev Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər. Sonuncunun vəziyyəti ağırdır.
Şəxsiyyətləri hələlik məlum olmayan digər iki nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
[caption id="attachment_134320" align="alignnone" width="640"]
Foto APA.az[/caption]