Bakının Heydər Əliyev prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 4 mart tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb. “Hyundai Santa Fe” markalı avtomobil sərnişin avtobusu ilə toqquşub.
Qəza zamanı xəsarət alanların olub-olmaması barədə xəbər yoxdur.
Faktla bağlı araşdırma aparılır.