Heydər Əliyev prospektində avtomobil ağaca çarpılıb. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“Toyota Prius” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman idarəetmədən çıxıb və yol kənarındakı ağaca, daha sonra isə avtobus dayanacağına çarpılıb. Nəticədə ağac yerindən qopub.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Təfərrüatlar araşdırılır.
[caption id="attachment_130401" align="alignnone" width="640"]
Foto APA[/caption]