Bakının Heydər Əliyev prospektində ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az BakuTV-yə istinadən xəbər verir.
“Toyota Prius” markalı avtomobil yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçən piyadanı vuraraq öldürüb.
Əraziyə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.