Heydər Əliyev prospektində ağır yol qəzası baş verib. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Bakı Olimpiya Stadionunun qarşısında qeydə alınıb. Nəticədə “Tofaş” markalı avtomobil yararsız hala düşüb, 54 yaşlı şəxs qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib, ərazidə sıxlıq yaranıb.
Hazırda sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.