Bakının Heydər Əliyev və Ziya Bünyadov prospektlərində tıxac yaranıb. Bu haqda bu gün, 18 mart tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir.
Metronun “Koroğlu” stansiyasının qarşısında yol qəzası baş verib. Ziya Bünyadov prospektində, DİN Hospitalının qarşısında isə nəqliyyat vasitəsi texniki nasazslıq səbəbindən yolda qalıb.
Nəticədə Heydər Əliyev prospekti, mərkəz və “20 Yanvar” metro stansiyası istiqamətlərində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə tədbirlər görülür.
[caption id="attachment_133007" align="alignnone" width="640"]
Foto Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (1)[/caption]