Bakıda pulqabı oğrusu polis tərəfindən zərərsizləşdirilib. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 20 sentyabr tarixində xəbər verir.
19 sentyabrda Binəqədi qəsəbəsində paytaxt sakini olan qadının, içərisində 550 manatı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Nəsirov müəyyən olunaraq saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.