Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində avtomobildən külli miqdarda pul oğurlanıb. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Nardaran qəsəbə sakinləri Mirzəhəsən Kazımov və Vüqar Əsgərov qəsəbə ərazisində dayanan “Kia” markalı avtomobildən 40.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinirlər.
Faktla bağlı araşdırmalar davam edir.