Bakıda yenicə təmirdən çıxan xəstəxananın dam örtüyü uçub. Bu haqda 7 may tarixində Bizim.Media xəbər verib.
Güclü küləyin təsirindən Yasamal rayonu, Tağı Şahbazi küçəsi 95 ünvanında yerləşən Uşaq Nevroloji Xəstəxanasının damı uçub. Qopan dam örtüyünün qalıqları yaxınlıqda park edilən avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə avtomobilə və ərazidəki ağaclara ciddi ziyan dəyib.
Uşaq Nevroloji Xəstəxanası yenicə təmirdən çıxmışdır.