Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş vermiş qəzanın fəsadları aradan qaldırılıb. Bu haqda bu gün, 16 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Kür-Bakı magistral su kəmərində baş vermiş qəza nəticəsində baş vermiş subasma FHN-nin əməkdaşları tərəfindən aradan götürülüb.
15 oktyabr tarixində subasma səbəbindən Bakı-Qazax yolunun Lökbatan qəsəbəsindən keçən hissəsində avtomobillərin hərəkəti çətinləşmişdir.