Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yük maşını qaçırılıb. Bu haqda bu gün, 8 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Əvvəllər məhkum olunmuş Elşən Fətəliyev və Urfan Əhmədov “KamAZ” markalı yük maşınını qaçırıb, Abşeron rayonunun Çaylı kəndində hissələrə bölüb satmaqda şübhəli bilinərək saxlanılıblar.
Onlar M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindən də eyni markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinirlər.
Faktlarla bağlı araşdırmalar davam edir.