Ziya Bünyadov prospektində avtomobil piyadanı vurub. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Avtosfer.az-a istinadən xəbər verir.
Bildirilir ki, prospektdə yerləşən yerüstü piyada keçidinin yanından avtomobil yolunu keçmək istəyən piyadanı “Toyota Prado” markalı nəqliyyat vasitəsi vuraraq ona xəsarət yetirib. Maşının sürücüsü manevr edərək qəzadan yayınmaq istəsə də, bu, mümkün olmayıb. Nəticədə avtomobil yerüstü piyada keçidinə də çarpılıb.
Hadisə ilə bağlı görüntüləri təqdim edirik: