Bakının Sabunçu rayonunda 2 evdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə rayon ərazisindəki 2 evdən 3000 manat dəyərində televizor, notbuk, qızıl-zinət və gümüş əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Abdulov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.