Bakıda kibercinayətlər törədən dəstənin üzvü tutulub. Bu haqda bu gün, 13 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Transmilli mütəşəkkil kibercinayətkar dəstənin üzvü Sekrieru İon Aleksandroviç Azərbaycana ekstradisiya edilərək barəsində məhkəmə başlanıb.
O, Azərbaycan banklarının kompüter sistemlərinə elektron məktubla daxil etdiyi ziyanverici proqram vasitəsilə bank müştərilərinin məlumatlarını ələ keçirib. Daha sonra Bakı və Sumqayıtda xüsusi proqram vasitəsilə heç bir kart olmadan bankomatlardan pul çıxarıb və ölkəni tərk edib.
Hazıradək İon Sekrieru ilə yanaşı, xarici ölkə vətəndaşları Danila Dorin Konstantinoviç və Qubçak Sergey Aksentiyeviç məsuliyyətə cəlb olunublar.