Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 18 noyabr tarixində xəbər verir.
Ramana qəsəbəsi, S.Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin sahibi mənzilində kirayə qalan şəxslə mübahisə edib. Mübahisə zamanı ev sahibi, 52 yaşlı Aqil Musayev qarnından bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Onu bıçaqlayan şəxs 16 yaşlı yeniyetmədir. Yeniyetmə ev sahibinin anasına sataşdığını eşitdiyi üçün bu əmələ əl atdığını bildirib.