Metronun “Koroğlu” stansiyasının qarşısında avtobusun altında qalan şəxsin kimliyi məlum olub. Onun 26 yaşlı Oruc İbrahimov olduğu müəyyən edilib.
Araşdırmalar davam edir.
10:03 - “Koroğlu” NMM-də piyada avtobusun altında qalıb
Bakıda piyada avtobusun altında qalıb. Bu haqda bu gün, 1 mart tarixində Bakuplus.az Bakıvaxtı.az-a istinadən xəbər verir.
Hadisə “Koroğlu” Nəqliyyat Mübadiləsi Mərkəzində baş verib. Piyada onlar üçün nəzərdə tutulmayan yerdən keçən zaman Koroğlu-Ramana istiqamətində hərəkət edən 99-JU-723 dövlət nömrə nişanlı 163 nömrəli marşrut avtobusu onu əzib. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.