Bakının “Kubinka” adlanan ərazisində nəzarətdən kənar, boş məkan tapan kimi orada məskən salan narkotik vasitə istifadəçiləri daha bir ərazini özlərinə yuva ediblər. Bu haqda sosial şəbəkələrdə son günlərdə videogörüntülər yayılıb. Baku TV ərazidən reportaj hazırlayıb.
Sakinlərin sözlərinə görə, burada narkomanlara tez-tez rast gəlinir. Polisin əraziyə nəzarət etməsinə baxmayaraq, ciddi tədbir görülməyib.
Bəzi sakinlər özlərini müşahidəçi kimi təqdim edərək mütəmadi olaraq ərazini yoxlayıb onları təqib etdiklərini bildiriblər. Lakin narkomanlar hasarı sındıraraq yenidən əraziyə daxil olurlar.
Yayılmış görüntülərlə bağlı DİN-in mətbuat xidmətindən bildirildi ki, sözügedən video ötən il çəkilib. Bununla bağlı müvafiq tədbirlər görülüb. Narkotik aludəçilərindən biri 54 yaşlı Elşad Hüseynov Nəsimi rayon polis idarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb olunub. Araşdırma davam etdirilir.