Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yeniyetməni avtomobil vurub. Bu haqda bu gün, 11 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
14 yaşlı Seymur Rüstəmov adıçəkilən qəsəbədə yolu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Piyada müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.