Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
34 yaşlı Ruhin Novruzov “Kia” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəqliyyat vasitəsi işıq dirəyinə çarpılıb. Nəticədə sürücü və sərnişinlər: 20 yaşlı Hanifi Novruzov və 20 yaşlı Cavid Məmmədli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.