Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 1 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata görə, sözügedən ərazidə yerləşən evlərdən birinin həyətindən 1450 manat dəyərində məişət əşyaları oğurlanıb.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Elşad Nəsirov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.