Bakının Qaradağ rayonunda narkotik aşkarlanıb. Bu haqda bu gün, 7 mart tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
Hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində binanın zirzəmisində Emin Vəliyevə məxsus ümumi çəkisi 8 kiloqram 300 qram olan qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.