Qaradağ rayonu, Lökbatan qəsəbəsində bədbəxt hadisə baş verib. Bu haqda bu gün, 6 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə “Qobu Park-2” yaşayış kompleksində baş verib. 30 yaşlarında olan Tural Qurbanov yaşadığı 20-ci binanın 8-ci mərtəbəsində iş görərkən eyvandan yıxılıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.