Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində sürücü talanıb. Bu haqda bu gün, 5 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, fevralın 3-də “Toyota” markalı avtomobildə olan sərnişin sürücünün pulqabısını talayıb. Onun içərisində 480 manat pulu və bank kartı olub.
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ayxan Quluzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.