Bakının Binəqədi rayonunda motosiklet qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Novxanı çimərliyində iyulun 30-da “Nama” markalı motosikletin qaçırılması haqda Binəqədi RPİ 43-cü Polis Bölməsinə məlumat daxil olub.
Əməli törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Anar Həsənov motosikletlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.