Noyabrın 2-si Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az istinadən Ələt-Astara magistralının 59-cu kilometrliyində "FORD TRANZİT" markalı mikroavtobus hərəkətdə olan "HOVO" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə mikroavtobusda olan sərnişinlər Neftçalanın Şorkənd kənd sakinləri 58 yaşlı İradə İsmayılova və 46 yaşlı Əhliqə Aşurova hadisə yerində dünyasını dəyişiblər. Həmçinin bir nəfər yaralı Ələt qəsəbə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma davam edir.