Bakıda və ölkə ərazisində sakinlər tərəfindən qanunsuz silah-sursatın təhvil verilməsi davam edir. Bu haqda bu gün, 21 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Fevralın 20-də paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında polis əməkdaşları vətəndaşlardan 2 müxtəlif markalı avtomat silahı, 16 müxtəlif markalı tüfəng, 10 patron darağı və 949 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.