Bakıda və respublikada sakinlər könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Fevralın 15-də polis əməkdaşları paytaxtda və ölkənin müxtəlif rayonlarında 2 qumbara, 8 müxtəlif markalı tüfəng və 43 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.