Bakıda və ölkədə silahların təhvil verilməsi davam edir. Bu haqda bu gün, 5 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
4 mart tarixində polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 8 müxtəlif markalı tüfəng, 1 patron darağı və 169 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.