Bakıda və ölkə ərazisində sakinlər könüllü olaraq silah-sursat təhvil veriblər. Bu haqda bu gün, 13 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Fevralın 12-də paytaxtda və respublikanın müxtəlif rayonlarında sakinlər polislərə 3 müxtəlif markalı avtomat silahı, 3 qumbara, 3 alışdırıcı, 32 müxtəlif markalı tüfəng, 3 patron darağı və 57 ədəd patron təhvil veriblər.
Əlavə olaraq keçirilən tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.