Bakıda və ölkə ərazisində silah-sursatların könüllü olaraq təhvil verilməsi davam edir. Bu haqda bu gün, 12 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Martın 11-də paytaxtda və ölkənin müxtəlif rayonlarında polis əməkdaşları sakinlərdən avtomat silahı, tapança, qumbara, 5 müxtəlif markalı tüfəng, 1 patron darağı və 45 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.