Bakıda və respublika ərazisində sakinlər qanunsuz saxlanılan silahları könüllü təhvil veriblər. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Martın 28-də paytaxt və ölkənin müxtəlif rayonlarında polis əməkdaşları vətəndaşlardan 12 müxtəlif markalı avtomat silahı, 2 tapança, 13 qumbara, 4 alışdırıcı, 25 tüfəng, 7 patron darağı və 97 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.