Bakıda və ölkə ərazisində silahların könüllü verilməsi davam edir. Bu haqda bu gün, 15 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Fevralın 14-də paytaxtda və respublikanın müxtəlif rayonlarında sakinlər polis əməkdaşlarına 2 qumbara, 16 alışdırıcı, 10 müxtəlif markalı tüfəng, 4 patron darağı və 90 ədəd patron təhvil götürüblər.
Silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər bundan sonra da davam edəcək.