Ölkəyə külli miqdarda narkotik gətirən 2 nəfər tutulub. Bu haqda bu gün, 1 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 30 yaşlı Ülvi Məmmədov saxlanılıb. Ondan 32 kiloqram marixuana tapılıb. O, narkotikləri Hacı adlı İran vətəndaşından aldığını və Xəzər dənizi ilə qaçaqmalçılıq yolu Sabunçu rayonunda əldə etdiyini qeyd edib. Daha sonra narkotacir narkotikləri Abşeron rayonu ərazisində gizlədib.
Digər şəxs 23 yaşlı İlkin Müseyibovdur. Ondan isə 28 kiloqram marixuana tapılıb.
Hər iki şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədilə ayrı-ayrı ünvanlara yerləşdirməli imiş.
Faktla bağlı cinayət işi açılıb. Araşdırmalar davam edir.