Paytaxtda ölkəyə qanunsuz keçən əcnəbilər saxlanılıblar. Bu haqda bu gün, 18 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində paytaxtın müxtəlif ünvanlarında yaşayan və Azərbaycanda yaşam hüququ olmayan 21 nəfər saxlanılıb.
Yoxlama zamanı həmin əcnəbilərin öz həmvətənləri tərəfindən pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə, xüsusən də Polşaya keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qaldıqları müəyyən edilib.
Araşdırmalar davam edir.