Bakıda gənc dava edənləri ayırarkən bıçaqlanıb. Hadisə paytaxtın Xətai rayonunda baş verib. Bu haqda 15 dekabr tarixində APA xəbər verib.
2 nömrəli peşə liseyinin yataqxanasının yaxınlığında iki nəfər münaqişə edib. Bu zaman 26 yaşlı Tahir Əsədov yaşadığı evin yaxınlığında mübahisə edənləri ayırmaq üçün müdaxilə edib. Həmin an tərəflərdən biri Əsədovu bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.