Qaradağ rayonunda yeniyetmə qəzaya düşüb. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Müşfiq qəsəbəsində baş verib. Avtomobil hərəkətdə olan zaman idarəetmədən çıxıb və beton maneəyə çarpılıb. Nəticədə 15 yaşlı Anar Məmmədov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.