Bakıda məktəbin həyətində yanğın törədən şəxs məsuliyyətə cəlb olunub. Bu haqda bu gün, 23 fevral tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Xətai rayonunda yerləşən 17 nömrəli tam orta məktəbin həyətində taxta tullantıları yandıran şəxs cərimələnib.
Belə ki, təhsil ocağının işçisinin məktəbin rəhbərliyinin icazəsi olmadan təmizlik məqsədilə taxta qırıntılarını məktəbin həyətində bir yerə toplayaraq yandırdığı məlum olub.
Yanğın nəticəsində əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Alov 0,5 kv.m sahəni əhatə edib.