Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində avtomobillərdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 29 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş O.Quluzadə adıçəkilən qəsəbə ərazisində 2 “Mercedes” və 1 “Opel” markalı avtomobillərdən pul, maqnitofon, planşet və 3 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.