Paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində marketin anbarından oğurluq edilib. Bu haqda bu gün, 10 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Fizuli Əliyev adıçəkilən rayon ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11.200 AZN oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalara başlanılıb.