Bakının Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 3 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, daş sexlərinin birindən 10.000 manat dəyərində daşkəsən mişarlar oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Nəsimi Quliyev, Mehman Quliyev, Orxan Əzizov və Ramin İbrahimov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.