Binəqədi rayonunda yeniyetmə oğlan itkin düşüb. Bu haqda bu gün, 16 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun M.Ə. Rəsulzadə qəsəbəsində baş verib. 10 yaşlı Onur Bəkirov 12 aprel tarixində yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.