Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 17 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qəsəbə sakini K.Əsgərov yolu keçən zaman onu Bakı şəhər sakini R.Məhərrəmov “VAZ-2109” markalı avtomobillə vurub. Piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Təqsirkar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.