Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış sahəsində evdən oğurluq edilib. Bu haqda bu gün, 18 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı sakinləri S.Abdullayev və M.Abdullayev iki yaşayış evindən ümumilikdə 1100 manatlıq radiator, kombi və televizor oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Onlar barəsində araşdırma aparılır.