Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Füzuli küçəsi, döngə 1, ev 5 ünvanında bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 15 oktyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
33 yaşlı Tərlan Hüseynov yaşadığı evdə tanışı tərəfindən bıçaqlanıb. O, sol döş qəfəsi və baldırından bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam edir.