Bakının Sabunçu rayonu, Maştağa-Zabrat yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 11 oktyabr tarixində APA məlumat verib.
“Mercedes” markalı avtomobili sükanı arxasında olan sürücü idarəetməni itirərək eyni markalı nəqliyyat vasitəsinə çarpılıb, daha sonra divara dəyərək dayanıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.