Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 16 yaşlı qız itkin düşüb. Bu haqda bu gün, 1 oktyabr tarixində Lent.az məlumat verib.
Nilufər Əskərova heç kəsə bir söz demədən evdən çıxıb və bir daha geri qayıtmayıb. Hadisə ilə bağlı onun anası Y.Əskərova Sabunçu rayon Polis Şöbəsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.