Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində evdən oğurluq edilib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
Verilən məlumata əsasən, evin sahibi mənzildə olmayan zaman, 3-5 aprel tarixlərində həyətdən 5000 manat dəyərində 30 dekorativ bitki oğurlanıb.
Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində dekorativ bitkilərin elə həmin evdə bağban işləyən paytaxt sakini Samir Allahverdiyev tərəfindən oğurlandığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.