Bakıda müxtəlif oğurluq əməllərində əli olan şəxs saxlanılıb. Bu haqda BakuPlus.az DİN-in mətbuat xidmətinə istinadən bu gün, 20 oktyabr tarixində xəbər verir.
Sabunçu rayonu, Maştağa qəsəbəsindəki evlərin birindən 2000 manat dəyərində lazer aparatı, məişət əşyaları və elektrik naqili, həyətdəki “Hyundai” markalı avtomobildən isə 1000 manat və 1300 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini Asim Nəsirov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.