Paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qadın kişini bıçaqlayıb. Bu haqda bu gün, 3 noyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
38 yaşlı Yelena Bukitayeva tanışı 39 yaşlı Xəzər Hacıyevin evinə qonaq gedib. Daha sonra onların arasında mübahisə yaranıb və Y. Bukitayeva kişini bıçaqlayıb.
Qadın şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.