Bakı metrosunun deposuna daxil olan şəxslər tutulublar. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zelandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq, bir neçə vaqonu boya ilə yazmaqla əmlaka qəsdən ziyan vurublar. Həmin şəxslər polis əməkdaşları tərəfindən tutulublar.
Araşdırma zamanı quruma 4850 AZN ziyan dəydiyi məlum olub. Faktla bağlı məhkəmə keçiriləcək.